Sizin Reklam Burada
Xəbər lenti
06 aprel
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

Vaqif Əsədov 50 ildir avtomobil sürüb heç vaxt cərimələnməyən sürücüyə medal verdi — VİDEO

Tarix: 03-02-2020 19:12     Baxış: 468 A- / A+
Vaqif Əsədov 50 ildir avtomobil sürüb heç vaxt cərimələnməyən sürücüyə medal verdi — VİDEO


Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ilin yanvar ayında ilk dəfə sürücülük vəsiqəsi alıb.
Elə həmin ilin fevral ayından ilk avtomobilini alaraq idarə etməyə başlayıb. R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini, 4 dəfə isə sürücülük vəsiqəsini dəyişib.

R.Hüseynov Bakı şəhəri ərazisində sürücü-piyada münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman iddia edib ki, 50 ildir avtomobil idarə etməsinə baxmayaraq, bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü barədə İdarədə araşdırma aparılıb və onun iddiaları təsdiqini tapıb: "76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verildikdən sonra bu barədə İdarədə müvafiq araşdırmalar aparılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun istifadəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütəmadi olaraq 5 müxtəlif markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikada avtomobil idarə etsə də, heç bir yol nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib".

Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Piriyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub.

Manevr.az











Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar