Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ: anomal istilər gəlir

Tarix: 03-02-2020 14:01     Baxış: 4325 A- / A+
Hava ilə bağlı XƏBƏRDARLIQ: anomal istilər gəlir


“Fevralın 2-də çoxillik göstəricilər ilə müqayisədə havanın temperaturu 3,4 dərəcə yüksək olub və Bakıda 11 dərəcəyədək yüksəlib”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, regionlarda 13 dərəcəyədək isti müşahidə olunub. Dağlıq ərazilərdə isə 2 dərəcəyədək müsbət temperatur qeydə alınıb.

Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitini cənubdan hərəkət edən isti hava kütlələri təyin edəcək: “Ona görə də hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin fevralın 4-ü, 5-i və 6-da cənub, cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Küləyin sürəti 15-18 m/san ,arabir 23-25 m/san-dək güclənəcək”.

U. Tağıyeva deyib ki, temperatur bu günlə müqayisədə bir neçə dərəcə yüksələcək. Paytaxtda maksimal temperatur 10-15, ayın 6-da isə 19 dərəcəyədək isti olacaq. Aran rayonlarında havanın temperaturu 12-17, fevralın 5-6-da bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək. Dağlıq ərazilərdə də anomal isti hava şəraiti hökm sürəcək. Həmin ərazilərdə 7-12 dərəcə isti gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar