Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Polşa ABŞ-la 32 ədəd "F-35"-lərin alınmasını nəzərdə tutan müqavilə imzalayıb -ŞƏKİL

Tarix: 01-02-2020 07:05     Baxış: 3165 A- / A+
Polşa ABŞ-la 32 ədəd "F-35"-lərin alınmasını nəzərdə tutan müqavilə imzalayıb

Polşanın hakimiyyət orqanları beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrinin alınmasına dair ABŞ-la müqavilə imzalayıb.

Manevr.az "CNN"-ə istinadən xəbər verir ki, imzalanma mərasimində ölkə Prezidenti Anjey Dudanın da iştirak etdiyi müqaviləyə əsasən, Polşa ABŞ-dan 32 ədəd "F-35" təyyarəsi alacaq.

Polşa Müdafiə Nazirliyinin məlumatına görə, sazişin dəyəri 4,6 milyard dollar, bir təyyarənin qiyməti 87 milyon dollardır. Müqavilə, həmçinin pilotların təlimini, simulyatorlar çatdırılmasını, logistik dəstəyi nəzərdə tutur. İlk qırıcılar ölkəyə 2026-cı ildə çatdırılacaq. Pilotların təliminə isə 2024-cü ildə ABŞ-da başlanması planlaşdırılır.

Hazırda Polşa hərbi hava qüvvələrinin arsenalında 27 ədəd "MiQ-29", habelə 48 ədəd "F-16" və 18 "Su-22" qırıcı təyyarələri var. Çoxməqsədli döyüş təyyarəsi olan "F-35" nüvə silahı daşımağa da qadirdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar