Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həbsxanadan ən maraqlı QAÇIŞ PLANLARI

Tarix: 31-01-2020 23:02     Baxış: 4165 A- / A+
Həbsxanadan ən maraqlı QAÇIŞ PLANLARI

Həbsxanadan qaçmaq istəyi hər məhkumun ilk həbs günündən etibarən düşündüyü, amma həyata keçirilməsi elə də asan olmayan planlardandır. Çünki həbsxana tarixində çoxsaylı belə cəhdlər olub və demək olar ki, hər yüz hadisədən 98-i uğursuzluqla nəticələnib. Amma buna baxmayaraq, həbsxana həyatından qaçan və insanları heyrətə salan bir çox hekayələr də var.

Manevr.az ən maraqlı həbsxanadan qaçış planlarının bir neçəsini təqdim edir.

Bendi adlı silsilə qətllər törədən Amerika vətəndaşı 1975-ci ildə bir polis məmurunu qaçıraraq işgəncə verməkdə təqsirli bilinir və həbs olunur. Saxlanıldığı polis idarəsi binasının ikinci mərtəbəsindən tullanıb qaçmaq istəyən Bendi biləklərindən xəsarət alır və polis əməkdaşları tərəfindən saxlanılır. Daha sonra həbsxanaya yollanan Bendi saxlanıldığı kameradan tunel qazmağa başlayır. Bir müddət sonra yorğanın altını kitablarla doldurub, özü tuneldən qaçmağa çalışır. Qazdığı tunelin digər ucu təsadüfən həbsxanada çalışan baş nəzarətçinin evinə çıxır. Xoşbətlikdən həmin gün həbsxana nəzarətçisi evdə olmur və qaçış planı baş tutur. Bir müddət sonra Bendi yenidən yaxalanır. Bu səfər isə o, edam olunur.

Helikopterlə həbsxanadan qaçan "Yunan Robin Good"

Əsl adı Vassilis Paleokostas olsa da, kriminal aləmdə o daha çox "Yunan Robin Good" kimi tanınıb. Bu şəxs oğurladığı pulları kasıb ailələrə paylaması ilə məşhurdur. Həbs edilən "Yunan Robin Good" 25 il azadlıqdan məhrum edilir. Ancaq həbsxanadan qaçış planını reallaşdıra bilir. "Yunan Robin Good"un qaçış planı filmi xatırladır. O, həbsxanadan helikopterlə qaçır. Paleokostasə bu işdə qardaşı yardım edir. Həyatını təhlükə altına qoyan qardaşı Paleokostası kirayələdiyi helikopter ilə həbsxana bağçasına enərək qaçırdır. 2 il qaçaq həyatı yaşayan Vassilis Paleokostas təkrar yaxalanır.

Amma bu dəfə də həbsxanadan qaçmağı bacarır və özü də yenə də helikopterlə... İkinci qaçış 2009-cu ildə reallaşır. Paleokostas bu dəfə də həbsxana bağçasına enən helikopterlə qaçır. Həbsxana nəzarətçiləri helikopteri görsələr də, həmin helikopterin gələn müfəttişlərə aid olduğunu düşünürlər. Ancaq onlar bu helikopterin Vassilis Paleokostası qaçırdığını ağıllarına belə gətirmirlər.

Vəkil paltarında həbsdən qaçış

Qeyd edək ki, həbsxana həyatından qaçış taktikaları ən müxtəlif formaları mövcuddur. Məsələn, vəkilin, həbsxana nəzarətçisinin geyimində həbsdən qaçış planı həyata keçirənlər olub.

Başqasının geyimi ilə qaçış palnını həyata keçirənlərdən biri məhkum Çarles Victor Tomsondur. Belə ki, keçmiş sevgilisini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Tomson hökmdən narazı qaldığı üçün qaçış planı hazırlayır. Tomson digər məhbusları kimi nə tunel qazır, nə də helikopterə minib qaçır. Tompson əvvəlcə saxlanıldığı kameraya paltar keçirdir, sonra isə vəkili ilə görüş tələb edir. Görüş zamanı isə o vəkili ilə paltarlarını dəyişir və məhkumlar üçün nəzərdə tutulmayan qapıdan çıxır. Çıxışda nəzarətçilər tərəfindən saxlanılan Tomsondan sənədlərini təqdim etməyi tələb edirlər. Soyuqqanlı şəkildə həbsxana kimliyini təqdim edən Thompsonu nəzarətçilər sakit şəkildə keçməyinə icazə verirlər.

Soyuğa dözməyib yenidən həbsə dönən Robert Vick

Amerikanın Kentucky əyalətində Lexington türməsindən qaçan cinayətkar Robert Vick, mənfi 20 dərəcə şaxtaya dözə bilməyib həbsə geri qayıtmaq istəyib. 11 il həbsə məhkum olan 42 yaşlı Vick türmədən qaçdıqdan sadəcə bir gün sonra polisə zəng edərək, həbsxanaya geri qaytarılmasını xahiş edib.

Həbsxana nəzarətçisi geyimində həbsxana maşınında qaçış

Donald Newburry, Patrick Murphy, George Rivas, Joseph Garcia, Randy Halprin, Mixael Rodriguez ve Larry Harperdan ibarət məhkumlar 2000-ci ildə nahar yeməyi zamanı 11 həbsxana işçisini və 3 məhkumu əsir götürürlər. Nəzarətçilərin paltarını geyinib qapıda həbsxana avtomobilinə minib qaçırlar.

2000-ci ilin dekabr ayında onları tanıyan bir nəfərin ifadəsi əsasında yerləri müəyyən olunur. Nəticədə saxlanılan zaman dörd nəfər təslim olur, biri intihar edir, digər ikisi isə bir müddət sonra polis tərəfindən yaxalanır.

Qeyd edək ki, 2017 ci ildə ölkəmizdə də belə bir hadisə baş verib. Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan kriminal aləm üzvləri Əli Ağami və müğənni Fədayə Laçının sevgilisi, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov qaçmaq istəyib. Onlar bir necə dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətiriliblər. Məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə edərək, pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxartmaqla qaçıblar. Hadisədən bir neçə gün sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. (ölkə.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar