Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Tarix: 29-01-2020 16:46     Baxış: 4191 A- / A+
Pensiyaçılara ŞAD XƏBƏR

"Pensiyaların ən az 14 faiz artacağı gözlənilir”.

Manevr.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı ilə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, 2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə, orta aylıq əmək haqqı 15.4 faiz artıb:

"2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 296 min nəfər olub. Yəni gözləyən kifayət qədər böyük sosial qrupdur. Təxminən 1 həftə sonra 2020-ci il üçün əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam təsdiqlənəcək. Bu sərəncamla 2020-ci ilin yanvar ayının 1-dən etibarən əmək pensiyalarının nə qədər artırılacağı faizi məlum olacaq. İndeksləşmə pensiyaların sığorta hissəsinə tətbiq edilir. Amma budəfəki sərəncamda 2 göstərici öz əksini tapacaq. Çünki bu ilin iyul ayında "Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və infliyasiya göstəricisi) istifadə ediləcək. Belə ki, i) vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı (Məcburi Dövlət Sosial Sığorta Haqqı üzrə fərdi hesabda toplanan vəsait) istehlak qiymətləri indeksinə (infliyasiya) uyğun, ii), faktiki pensiya alanların pensiyalarının sığorta hissəsi isə orta aylıq əmək haqqının artım tempinə uyğun aparılacaqdır. 2019-cu ilin yanvar-noyabr aylarının statistik nəticələrinə görə, orta aylıq əmək haqqı 15.4 faiz artıb. Dekabr ayında müvafiq göstəricinin nisbətən azalacağı ehtimal olunsa da, artım səviyyəsinin 14-15 faiz ətrafında olacağını proqnozlaşdıra bilərik. Yəni, pensiyaların ən az 14 faiz artacağı gözlənilir”.

Rəşad Həsənov qeyd edib ki, bu gün çalışaraq MDSSH ödəyən vətəndaşların fərdi hesablarında toplanan vəsait isə 2.6 faiz, yəni infliyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək:

"Sığorta hesabınızda 5000 manat vəsait toplanıbsa, 130 manat artaraq olacaq 5130 manat. Hansı ki, əvvəlki qaydalarla bu gösətrici 14-15 faiz artaraq 5700-5750 manat olmalı idi. Maraqlı məqam da elə burada ortaya çıxır. 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, pensiyaların və pensiya kapitalının indeksləşdirilməsi infliyasiya səviyyəsinə uyğun deyil, orta aylıq əmək haqqının artımı tempinə uyğun həyata keçirilməsi qərarlaşdırıldı. Əksər ölkələrdə də bənzər indeksləşmə infliyasiya səviyyəsinə uyğun aparılır ki, pensiyaçının alıcılıq qabiliyyəti zəifləməsin. İndeksləşdirmənin mahiyyəti də məhz bundan ibarətdir. Ancaq 2019-cu il ərzində qəbul edilən sosial poketlərin orta aylıq əmək haqqı səviyyəsinə təsirlərini nəzərə alan hökumət çox sakit şəkildə qanunun müvafiq bəndinə kiçik düzəliş edərək bu gün muzdla çalışan insanlar da daxil olmaqla vətəndaşların fərdi hesablarının sığrota hissəsində toplanan vəsaitin infliyasiya səviyyəsinə uyğun, yəni daha aşağı səviyyədə indeksasiya edilməsinə qərar verdi”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar