Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Masallıda yeni çay plantasiyaları salındı

Tarix: 29-01-2020 11:27     Baxış: 3144 A- / A+
Masallıda yeni çay plantasiyaları salındı


Masallıda Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 540 min çay tingi alınıb.

Manevr.az xəbər verir ki,Masallıda yeni çay plantasiyaları salınıb.
“Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər də alınaraq fermerlərin istifadəsinə verilib.

Layihədən faydalanan 100-dən artıq fermerə bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər keçilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirdiyi bu layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi icra edir.

Yerli fermerlərin çay tinglərinə olan tələbini ödəmək məqsədilə 3 hektar ərazidə tingçilik sahəsi salınıb.

Bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən çay bitkisi ən yüksək subsidiya məbləği verilən bitkilərdəndir.

Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. 7 ildən sonra subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat təşkil edəcək.Qeyd edək ki, çayçılıq sahəsinə Masallıda son illərdə xüsusi diqqət yetirilir. 2013-cü ildə burada 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar