Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük xidməti gücləndirilmiş rejimə keçib: Çindən gələnlər ciddi yoxlanılır

Tarix: 26-01-2020 13:44     Baxış: 3182 A- / A+
Gömrük xidməti gücləndirilmiş rejimə keçib: Çindən gələnlər ciddi yoxlanılır


Çində aşkarlanan yeni koronavirusun artıq bir çox ölkələrdə də yayıldığı deyilir. Əlamətləri yüksək hərarət və öskürək olan bu virus sətəlcəmin yaranmasına səbəb olur. Artıq 41 nəfər virus səbəbindən dünyasını dəyişib.

Maraqlıdır, virusun yayıldığı Çindən Azərbayacana birbaşa olaraq uçuş həyata keçirilirmi? Oradan gələn turistlər müayinə edilir?

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a Çindən Azərbaycana birbaşa uçuşların olduğunu bildirib:

“Bəli, Çindən Azərbayacana birbaşa uçuş həyata keçirlir. Uçuşlar Çinin paytaxtı Pekin şəhərindən Bakıya nəzərdə tutulub”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Çindən gələn turistlərin tibbi yoxlanış prosesi üçün Gömrük Xidməti əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçdiyini deyir:

“Çindən Azərbaycana gələn turistlər bizim tərəfimizdən ilkin vizual müayinə edilir. Həmin turistlərin tibbi yoxlanış prosesi üçün gücləndirilmiş iş rejiminə keçilib. İnsan hərarətini uzaqdan ölçən xüsusi cihazların köməyi ilə çinli turistlər müayinə edilir. Eyni zamanda sanitariya qaydasına uyğun olaraq onlara ciddi nəzarət edilir. Hələ ki, Azərbaycana gələn heç bir çinli vətəndaşda virus aşkarlanmayıb”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar