Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məzunların 43%-i öz ixtisasları üzrə çalışır - KTN-SORĞU KEÇİRDİ

Tarix: 24-01-2020 11:20     Baxış: 3146 A- / A+
Məzunların 43%-i öz ixtisasları üzrə çalışır - KTN-SORĞU KEÇİRDİ


Kənd Təsərrüfatı Nazirliyi ölkədə ilk dəfə olaraq aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə sorğular keçirib.

Manevr.az xəbər verir ki,nazirliyin İnsan resursları şöbəsinin Təhsil sektoru tərəfindən aparılan sorğular üç istiqaməti - məzunların işlə təminatı, işəgötürənlərin məzunların bilikləri haqqında rəyinin öyrənilməsi və əmək bazarının təlabatının müəyyənləşdirilməsi istiqamətlərini əhatə edib.
Sorğuya 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirən aqraryönümlü ixtisaslar üzrə 532 məzunun 56%-i cəlb olunub. Sorğuda iştirak edən 300 məzunun 33%-ni qadınlar, 67%-ni kişilər təşkil edib.

Məzunların işlə təminatının müəyyənləşdirilməsi məqsədilə aparılan sorğu zamanı məlum olub ki, işləyən respondentlərin 43%-i öz ixtisasları üzrə çalışır. Sorğunun nəticələri onu göstərir ki, tələbələrin universitetə aşağı bal ilə qəbul olmaları onların ixtisaslarına olan maraqlarına, ali təhsil müəssisəsindən gözləntilərinə və gələcək karyera seçimlərinə təsir göstərib.

Özəl və dövlət qurumları daxil olmaqla 201 təşkilat arasında keçirilən sorğu işəgötürənlərin təhsilin keyfiyyətinə dair məmnunluq səviyyəsini qiymətləndirməyə imkan verib. Belə ki, rəyi soruşulan işəgötürənlər məzunların praktiki və tətbiqi biliklərinin daha da gücləndirilməsini tövsiyə ediblər.

Əmək bazarı üzrə ehtiyaclarının öyrənilməsi məqsədilə 60 rayonda fəaliyyət göstərən ümumilikdə 201 kiçik, orta və iri sahibkar, eləcə də 1321 ailə təsərrüfatı arasında sorğu keçirilib. Sorğunun nəticələrindən bəlli olub ki, Azərbaycanda dövlət dəstəyi nəticəsində kənd təsərüfatı sahəsində fəaliyyət göstərən özəl və dövlət qurumlarında, həmçinin ailə təsərrüfatlarında innovativ texnologyalar inkişaf etməkdədir. Təsərrüfatlarda innovativ texnologiyanın tətbiqinin genişləndirilməsi üçün tədris proqramlarında, kvalifikasiya və peşə standartlarının yenilənməsi məqsədəuyğun sayılır. Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və nəticələr üzrə müvafiq tövsiyələr hazırlanıb. Beləliklə, aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi və aqraryönümlü ixtisasların kənd təsərrüfatı sahəsində mövcud əmək bazarının tələblərinə uyğun formalaşdırılmasını təmin etmək üçün aşağıdakıları tövsiyə olunur:

Universitetin maliyyə dayanıqlığını təmin etmək;
İşlə təmin olunma səviyyəsinə diqqətlə yanaşmaq (işlə təmin olunmanı
Aqrar sənaye sektoru ilə yaxından partnyorluq etmək və layihəyə
Tədris proqramlarından asılı olmayaraq rəqəmsal və xarici dil biliklərinin aşılanması məqsədilə müvafiq fənlər əsas fənlər kimi öz əksini tapsın;
Tələbələrə elmi, tətbiqi və tədqiqat bacarıqlarını aşılamaq;
İxtisasın xüsusiyyətini nəzərə alaraq tədrisin təşkili zamanı istehsalat təcrübəsinin mövsümə uyğunluğunu təmin etmək;
Universitetin aqraryönümlü ixtisasları üzrə tədris proqramlarının
Tələbə və müəllim mübadilə proqramlarını genişləndirmək;
Aqrar sahədə diplomların xarici ölkələrdə tanınmasını təmin etmək;
Beynəlxalq reytinqdə yer almaq.
Sorğuların nəticələri aqrar təhsil sahəsində metodiki təlimatların hazırlanmasında istifadə olunacaq.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar