Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR

Tarix: 23-01-2020 19:20     Baxış: 2208 A- / A+
Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Eko fikir – eko film” müsabiqəsi layihəsinə yekun vurulmuşdur. Gənclər Evində reallaşan sonuncu vido-sujet müsabiqəsində şəhərin müxtəlif sahələrini təmsil edən gənclər iştirak etmişlər.

Manevr.az xəbər verir ki, müsabiqədə çıxış edən layihə rəhbəri Ozal Abbasov layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd etmiş, layihənin məqsədinin gənclərimizin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərinin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaq və bu istiqamətdə yaradıcı senariləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd etmişdir. Vurğulandı ki, müsabiqəyə altı senari təqdim edilmiş və onlardan dördü çəkilişə uyğun hesab edilmişdir.

Layihənin kordinatoru Əli Miriyev, ekspertlər əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının aktyorları Cəlal Məmmədov, Şəmistan Süleymanlı, “Bay Film” media şirkətinin rəhbəri, kinorejisor Sahil Nəzərov və gənc qiratəçi Əliyar Rəfiyev çıxışlarında layihənin gənclərin ictimai-mədəni məsuliyyətinin inkişafına, rejisorluq sahəsində bacarıqlarının nümayiş etdirmələrinə, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemərin aradan qaldırılmasına müsabət təsir edəcəyini vurğulamışlar.
Daha sonra video-sujetlərə baxış keçirilmiş və ekspertlərin rəyinə əsasən “Sumqayıtımızı Təmiz Saxlayaq” I, “Tullantısız Həyat” II, “Yaşıllığı qoruyaq” adlı video-sujet isə III yerə layiq görülmüşdür. Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunmuşdur.

Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR
Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR
Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR
Sumqayıtda “Eko fikir – eko film” layihəsinə yekun vuruldu - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar