Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur polkovnikin qohumu polisi niyə şərləyir? - Zahidov

Tarix: 23-01-2020 17:23     Baxış: 3300 A- / A+
Məşhur polkovnikin qohumu polisi niyə şərləyir? - Zahidov

Redaksiyamızın araşdırması zamanı bir neçə gündür sosial şəbəkələrdə gündəmə gətirilən Əlizamin Salayevin DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin uzun illər rəisi işləmiş, hazırda təqaüddə olan polkovnik Sevindik Səfərovun bacısı oğlu olması faktı üzə çıxmışdı.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-ın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Sevindik Səfərov uzun illər Daxili İşlər Nazirliyində çalışıb və yüksək səviyyədə xidmət göstərib:

“Sevindik Səfərov öz bacarıq və intellekti ilə daxili işlər orqanlarından sayılıb-seçilən şəxslərdən biri olub. O, müxtəlif vəzifələrdə çalışıb və daim nümunəvi xidməti ilə seçilib. Hazırda təqaüddə olan polis zabitidir".

Ehsan Zahidov qeyd edib ki, Sevindik Səfərovun oğlu Seymur Səfərov da daxili işlər orqanlarında işləyib:

“Seymur Səfərov da DİN-də layiqli xidmət edib. Sadəcə, başqa bir işdə çalışmağa başlaması ilə əlaqədar öz raportu əsasında daxili işlər orqanlarından çıxıb”.

Sevindik Səfərovun bacısı oğlu Əlizamin kimi tanınan Zamin Salayevin niyə polisə qarşı böhtan kampaniyası aparmasına isə E.Zahidov belə reaksiya verib:

“Bir nəsildə onun layiqli təmsilçisinə adekvat olmayan qohumunun olması mümkündür. Bu baxımdan deyə bilərik ki, Zamin Salayevin etdiyi nalayiq hərəkətlərin dəyərli zabitimiz Sevindik Səfərovun özünə və keçdiyi xidmət yoluna heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, axar.az saytı polisə tabe olmamağa görə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Zamin (Əlizamin) Salayevlə bağlı sensasion məqamları üzə çıxarıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar