Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Kirayə evlər” və “Sosial evlər” varlıların əmlak yatırımına çevrilir - Açıqlama

Tarix: 22-01-2020 15:43     Baxış: 4158 A- / A+
“Kirayə evlər” və “Sosial evlər” varlıların əmlak yatırımına çevrilir - Açıqlama

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Manevr.az-ın məlumatına görə dəfələrlə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) “Sosial ev”lərindən mənzil almaq istəyən Azərbaycan Elmlər Akademiyasının elmi işçisi Əpoş Vəliyev bizimyol.info-ya bildirib ki, “Kirayə evlər” layihəsi ümidləri doğrultmadı.
“Kirayə evlər” və “Sosial evlər” varlıların əmlak yatırımına çevrilir - Açıqlama

“İki il əvvəl mənzil sahibi olmaq üçün MİDA-ya müraicət etdim. Həmin mənzillər aztəminatlı və imkansız ailələrin büdcəsinə uyğun formada təqdim edilsə də, sonradan şərtlərə əlavələr edildi. Müraciət edən şəxslərə həmin mənzillərin kvadratı maya dəyərindən bir neçə dəfə baha təqdim edildi və bununla da “güzəştli ev” sözündən əsər-əlamət qalmadı. Üstəlik də satış zamanı xakerlərin və proqramistlərin müdaxiləsinin qarşısı alına bilmədi. “Güzəştli mənzil”lər mənzilə ehtiyacı olmayanların əmlak yatırımına çevrildi. MİDA-dan ümidimizi kəsəndən sonra “Kirayə evlər”i gözlədik. Amma çox təəssüflər olsun ki, bu evlərin şərtləri də elə ağırdır ki, aztəminatlı, imkansız ailələr çıxılmaz duruma düşüb. Əslində həmin evlərin kirayə qimətləri mənzil bazarından aşağı olmalı idi ki kirayədə yaşayanları cəlb etməliydi. Amma “Kirayə evlər”in şərti və qiyməti elə bahadır ki, imkansız və aztəminatlı ailələr üçün bu evlər də əlçatmazdır. Kirayə mənzilin aylıq ödənişi 300 manatdan baha olmamalıdır. Çünki 300 manatdan baha olan halda aztəminatlı, imkansız ailələr bu imkandan yararlana bilməyəcək. Bir sözlə bu gedişlə imkansız, aztəminatlı ailələr kirayədə sürünməkdə davam edəcək”,-deyə Ə.Vəliyev bildirib.

Elmi işçi vurğulayıb ki, “Kirayə evlər”in qiymətlərinin real kirayə mənzil bazarındakı qiymətlərə uyğun olacağı deyilmişdi: “Amma mətbuatda səsləndirilən rəqəmlər real kirayə mənzil bazarındakı qiymətlərdən az qala iki dəfə çoxdur. Bu rəqəm hal-hazırda kirayə mənzildə yaşayanların büdcəsinə uyğun deyil. Ümid edirəm ki, həmin evlərin aylıq ödənişi yenidən nəzərdən keçiriləcək və real kirayə mənzil bazarındakı qiymətlərdən aşağı qiymətə təklif olunacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar