Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərişıq” ASC şəffavlaşdırma istiqamətində nələr edib? - VİDEO

Tarix: 21-01-2020 10:54     Baxış: 3135 A- / A+
“Azərişıq” ASC şəffavlaşdırma istiqamətində nələr edib? - VİDEO


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə yaradılarkən müştəri məmnünlüğünü artırmaq, məmur-vətəndaş kontaktını aradan qaldırmaq, şəffavlığı təmin etmək məqsədi ilə ilkin olaraq 4 istiqamətdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayaraq, hazırda 16 xidmət üzrə abonentlərə xidmət göstərir. 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.

Manevr.az xəbər verir ki, “Azərişıq” ASC-nin açıqlamasında deyilir:

"16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb. “Azərişıq” mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə onlayın qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.

Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçecir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsi ilə Elekltron Müraciətlərin İdarəolunması Sistemi “ASAN Xidmət”in işinə inteqrasiya edilib.

Xatırladaq ki, 2019-cu ildə açıqlanan Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar