Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik

Tarix: 19-01-2020 19:14     Baxış: 2177 A- / A+
Məzahir Pənahovla Gülağa Aslanlı arasında gərginlik

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Saleh Soltanovun namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.

Manevr.az xəbər verir ki, iddiaçı yaşadığı problemlə əlaqədar Mərkəzi Seçki Komisssiyasına teleqram vurduğunu, həmçinin dəfələrlə qurumun Qaynar Xəttinə müraciət etdiyini qeyd edib.
İclasda iştirak edən Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı söz istəyərək sözügedən dairədə bir çox qanun pozuntularının yaşandığını və MSK-nın müraciətlərə cavab vermədiyini vurğulayıb. Müzakirə əsnasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.
Son olaraq M. Pənahov şikayətin əsassız olduğunu bildirib: “Sizin köhnə Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu nəzərə alaraq söz verdim, ancaq sizin şikayətçinin əvəzinə danışmaq hüququnuz yoxdur. Bizim də əsəbimizin həddi var. Məntiqli formada bildirilmiş bütün iradları nəzərə almağa hazırıq”.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar