Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tükürpədici OLAY: Şeytan çıxarma ayini bir ailənin məhvi ilə nəticələndi

Tarix: 19-01-2020 05:41     Baxış: 4134 A- / A+
Tükürpədici OLAY: Şeytan çıxarma ayini bir ailənin məhvi ilə nəticələndi


Panamanın şimal-şərqində yerli sakinlərin yaşadığı və “Tanrının yeni işığı” adlanan təriqətin nəzarəti altında olan qəbiristanlıqda 7 nəfərin meyiti tapılıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda hamilə qadın və 5 uşağının və 17 yaşlı qonşularının şeytan çıxarma ayini əsnasında işgəncə ilə öldürüldüyü bildirilir.

Ölkənin Baş Prokurorluğu 15 adamın da yaralandığı hadisə ilə əlaqədar, aralarında ölən hamilə qadının atasının da olduğu 10 kişinin saxlandığını açıqlayıb. Öldürülənlər arasında bir yaşlı uşaq da var.

Prokuror Rafael Baloyes cəsədlərin ayinin baş tutduğu kilsədən 2 kilometr kənarda tapıldığını söyləyib. Hadisə ilə əlaqədar polisə şeytan çıxarma ayinindən qaçan 3 kəndli məlumat verib. Kilsədə kürək, bıçaq və çubuqlardan əlavə, qurban edilən bir ədəd keçi də tapılıb.

Prokuror Baloyes kilsəyə aparılan ailələrə burada işgəncə verildiyini vurğulayıb. Çubuqla döyüldüyü iddia edilən insanların kürək və bıçaqla öldürüldüyü qeyd olunur.

Ölənlərin “Tanrıdan onlara mesaj gəldiyini” söyləyərək qətliama qatıldıqları irəli sürülür. İstintaqa yaxın mənbə saxlanılanlar arasında öldürülən hamilə qadının ərinin də olduğu barədə məlumat verib.

Qeyd edək ki, hadisənin baş verdiyi Ngabe-Bugle bölgəsi paytaxt Panama Sitidən 250 kilometr aralıqda yerləşir. Bölgə ölkənin ən kasıb və savadsız yerlərindən biri sayılır. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar