Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırlayıb - VİDEO

Tarix: 19-12-2019 23:03     Baxış: 3542 A- / A+
Azərbaycanda kollec şagirdləri inkubator aparatı hazırlayıb - VİDEO


Azərbaycan-Britaniya Kollecində ənənəvi bilik sərgisi keçirilib.

Manevr.az xəbər verir ki, sistem mövzusuna həsr olunan builki tədbirdə beynəlxalq və özəl məktəblərin şagirdləri olan gənc ixtiraçılar iştirak ediblər.

Şagirdlər dərslərdə öyrəndikləri nəzəri bilikləri sərgidə praktiki olaraq həyata keçirmək imkanı qazanıblar və öz bacarıqlarını göstəriblər.

Sinif yoldaşı Cəmil Şabanovla birlikdə yeni kəşflərini nümayiş etdirən Cəmil Vəliyev iştirakçılara inkubator aparatını (cücə çıxaran aparat) təqdim edib.

C.Vəliyev deyib ki, aparatın içərisinə çox sayda yumurta düzərək 24 gündən sonra cücə əldə ediblər. O bildirib ki, cücələri sağlam şəkildə yetişdirmək üçün aparatın istilik dərəcəsini normaya uyğun olaraq quraşdırıblar. Cücə çıxarmaq üçün aparatın temperaturu 38 dərəcə, nəmliyi isə 60-70 faiz olmalıdır.

Sərgidə cücələrin yumurtadan çıxana qədər olan dövrü özündə əks etdirən görüntülər də yayımlanıb. Eyni zamanda cücənin necə formalaşmasını göstərən məlumat lövhəsi də sərgi iştirakçılarının diqqətinə çatdırılıb.



Qeyd edək ki, Azərbaycan-Britaniya Kollecinin şagirdləri Kembric imtahanına hazırlaşırlar. Bundan əlavə, şagirdlərin beynəlxalq yarışmalara getmək imkanları da var. Ona görə bu yarışmada qalib olan şagirdlər həm məktəbi, həm də ümumilikdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcəklər. /report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar