Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bahalaşan və ucuzlaşan mallar - SİYAHI

Tarix: 13-12-2019 09:58     Baxış: 4100 A- / A+
Bahalaşan və ucuzlaşan mallar - SİYAHI


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 11 ayda ən çox ərzaq məhsulları, içkilər və tütün məmulatları bahalaşıb - 3,8 faiz. Qeyri-ərzaq malları 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,1 faiz bahalaşıb.

Noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın, armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin, çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırmış şəkərli südün, xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın, kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi, ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələri istisna olmaqla, hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə 3,7 faizlik inflyasiya olacağını proqnozlaşdırmışdı. İl başa çatmaq üzrədir və göründüyü kimi, inflyasiya proqnozdan 1 faizdən çox aşağıdır. Maraqlıdır ki, ölkədə inflyasiyaya dair beynəlxalq təşkilatların verdiyi proqnozlar reallığa daha yaxındır. Belə ki, məsələn, Dünya Bankı 2019-cu ildə Azərbaycanda inflyasiyanın 25,8 faiz olacağını proqnozlaşdırıb. Bankın proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2 faiz, 2021-ci ildə isə 3,3 faiz təşkil edəcək. Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7 faizə, 2020-ci ildə 4,6 faizə, 2021-ci ildə 4,6 faizə, 2022-ci ildə 4,1 faizə, 2023-cü ildə isə 3,9 faizə bərabər olacaq.

Diqqəti cəlb edən əsas məqam gələn il üçün hökumətin 4,6 faizlik inflyasiya proqnozlaşdırmasıdır. Bu, cari ildə qeydə alınan real səviyyədən 44 faizə qədər yüksək bir göstəricidir. Bu halda sual yaranır ki, hökumət inflyasiyanı belə kəskin sürətləndirəcək hansı amilləri nəzərə alaraq proqnozlaşdırma aparıb? Gələn il inflyasiyaya ciddi təsir edəcək hansı faktorlar var?

Qeyd edək ki, ölkə prezidentinin yanında 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə hökumətin inflyasiyaya dair proqnozlaşdırma siyasəti tənqid olunub. Belə ki, prezident İlham Əliyev hazırlanan proqnozların əksər hallarda reallıqdan uzaq olduğunu bildirib.

Ölkə rəhbərliyinin belə sərt xəbərdarlığından sonra hökumətin proqnozlaşdırma siyasətində daha dəqiq olması gözləniləndir. İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, büdcə qanunvericiliyinə əsasən, inflyasiya proqnozu ilə icmal büdcənin xərclərinin yuxarı həddi arasında korelyasiya var: "Bu ildən qanunvericiliyə bununla bağlı dəyişiklik olundu. İnflyasiyanın gələn il üçün yüksək həddə proqnozlaşdırılmasının bir səbəbi bu ola bilər. Digər mühüm bir ehtimal budur ki, hökumət gələn il ərzində qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi sahələrdə bahalaşmaya gedə bilər. Fevralda keçiriləcək parlament seçkilərindən sonra ehtimal ki, bu addımlar atılacaq”.

Ekspertin fikrincə, qiymət artımı daha çox ictimai nəqliyyatda gediş haqqı və dizel yanacağında gözləniləndir: "Ən böyük ehtimal ictimai nəqliyyatda gediş haqqının və dizel yanacağının qiymətinin artırılması ilə bağlıdır. Bildiyiniz kimi, artıq neçə müddətdir dizel yanacağının Azərbaycanda dünya ölkələrindən kəskin aşağı qiymətə satılmasına dair müzakirələr aparılır. Bundan əlavə, ictimai nəqliyyatın yenilənməsi üçün işlər görülür, vəsait yatırılır, yeni nəqliyyat vasitələri gətirilir. Bu baxımdan, nəqliyyatda gediş haqlarının artırılması da gözləniləndir”.

N.Cəfərli hesab edir ki, 2020-ci ilin martından etibarən qeyd olunan qiymət artımlarına gedilə bilər./musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar