Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik (VİDEO)

Tarix: 12-12-2019 20:44     Baxış: 4123 A- / A+
Yol polisindən piyadavurmaların qarşısını alacaq yenilik (VİDEO)

Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün baş dövlət yol polisi idarəsi maraqlı bir məlumatverici lövhələr hazırlayıb. Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.

Manevr.az atmosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.

Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.

Xosrov Nəcəfov onu da bildirdi ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar