Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu özəl xəstəxanalarda icbari tibbi sığorta pulsuz olacaq - SİYAHI

Tarix: 11-12-2019 21:37     Baxış: 2127 A- / A+
Bu özəl xəstəxanalarda icbari tibbi sığorta pulsuz olacaq - SİYAHI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin beş özəl xəstəxana ilə müqaviləsi var.

Manevr.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir:
“Agentliyin göndərişi ilə xəstələr özəl xəstəxanalarda icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, hər xəstəyə göndəriş verilməyəcək.
Əgər xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqaviləmiz olan özəl xəstəxanalardan birinə göndərilir.
Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanır. Qeyd edim ki, pilot layihə çərçivəsində 37 anadangəlmə ürək qüsurlu uşaq müxtəlif özəl və dövlət xəstəxanalarında heç bir ödəniş edilmədən əməliyyat olunub”.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar