Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Telman İsmayılovun əmlakları satışa çıxarıldı

Tarix: 09-12-2019 16:02     Baxış: 3191 A- / A+
Telman İsmayılovun əmlakları satışa çıxarıldı


“Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası açıq hərraca qoyulub. Mülkiyyətin ümumi dəyəri 400 milyon rubldan (11 milyon AZN) çoxdur.

Moskva vilayətinin Arbitraj Məhkəməsi daşınmaz əmlakın satılması qaydasını təsdiqləyib.

Maliyyə meneceri bazar dəyəri təxminən 404 milyon rubl olan əmlakı müəyyən edib. Hərraca dörd lot çıxarılıb.

Birinci lota Moskvadakı Kutuzovski prospektində ümumi sahəsi 300 kvadratmetr olan beş və altı otaqlı mənzillər daxil idi. Lotun ilkin dəyəri 88 milyon rubldan çoxdur.

İkinci lot Moskva vilayətinin Odintsovo rayonunda dəyəri 64 milyon rubldan çox olan iki səviyyəli bir mənzildir.

Üçüncü lot Moskvaətrafı ərazilərdə yerləşən və kottecləri olan üç torpaq sahəsidir. Başlanğıc qiyməti 201 milyondan çoxdur.

Dördüncü lot qolf meydançası, infrastruktur və fərdi yaşayış sahələrini əhatə edən kompleksin inşası üçün nəzərdə tutulan təxminən 2,5 hektar bir torpaq sahəsidir. Torpaq sahəsi Moskva vilayətinin Skolkovo kəndində yerləşir.

Xatırladaq ki, 2017-ci ilin mart ayında Arbitraj Məhkəməsi İsmayılovu müflis elan edib və əmlakının satılması prosedurunu açıq elan edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar