Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır

Tarix: 09-12-2019 09:13     Baxış: 4176 A- / A+
Kənd yumurtaları alarkən diqqətli olun: Çoxu eyni ölçüdə olmamalıdır


Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.

Manevr.az bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik;
• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;
• Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır;
• Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;
• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;
• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:

• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;
• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;
• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;
• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar