Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB -ŞƏKİLLƏR

Tarix: 07-12-2019 21:10     Baxış: 1885 A- / A+
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB


4-5-6 dekabr tarixlərində Qərbi Kaspi Universiteti «Siyasi və ictimai elmlər» fakültəsinin müəllimi Tural Vəlizadə Türkiyənin Alanya şəhərində keçirilən «II ALKUSAM International Congress»də iştirak edib. Dünyanın 10-a yaxın ölkəsindən (Coventry University, University of Arizona, Binghamton University, Penn State University, San Angelo State University və s.) 80 nəfərdən çox professor və müəllimin iştirak etdiyi konqres Türkiyə Xarici İşlər Nazirliyinin və Alanya Əlaəddin Keyqubat Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Manevr.az xəbər verir ki, konqresin əsas məqsədi Aralıq dənizi, Yaxın Şərq və Qafqaz bölgəsində beynəlxalq münasibətlərin gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən ibarət olub. Mövzunun aktuallığı son onilliklərdə yerli alimlər tərəfindən Aralıq dənizi, Yaxın Şərq və Qafqaz bölgəsində baş verən hadisələrin bütün mürəkkəbliyi və əlvanlığı ilə bir bütöv olaraq deyil, daha çox öz ölkələrinin perspektivindən öyrənilməsinə üstünlük verilməsi ilə izah olunur. Konqresdə orta əsrlərdən yeni dövrə qədər bölgə tarixinin müxtəlif nəzəri aspektləri, bu sahədə dünya tarixində mövcud olan müasir metodoloji prinsip və üsullar və onların bölgə ölkələri siyasətşünaslığında tətbiq edilmə imkanları ilə bağlı bir sıra maraqlı məruzələr dinlənilib.

Konqres «Şərqi Aralıq dənizi», «Beynəlxalq münasibətlərdə gündəm mövzular», «Terrorizm», «Türk xarici siyasəti», «Avrasiya», «Yaxın Şərq», «Enerji və təhlükəsizlik», «Qafqaz», «İqtisadi siyasət» və s. mövzulara həsr olunub.

Gənc alim Tural Vəlizadə «Bolşevik-daşnak qüvvələrinin Bakıda törətdiyi soyqırım Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda elmi məruzə ilə çıxış edib. Mart soyqırımından danışan Tural Vəlizadə qeyd edib ki, ermənilər tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin avqust ayına qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunların da 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. Komissiyanın məlumatına əsasən təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilmişdir. Tural Vəlizadə elm adamlarının “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə elm mübarizəsini davam etdirməyə çağırıb.

Gənc alim Tural Vəlizadənin çıxışı konfrans iştirakçılarının böyük marağına və canlı diskussiyalara səbəb olub.

Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB
Azərbaycanlı gənc alim Türkiyədə BEYNƏLXALQ ELMİ KONQRESDƏ İŞTİRAK EDİB

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar