Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Parlamenti buraxan liderlər - SİYAHI

Tarix: 07-12-2019 18:48     Baxış: 3209 A- / A+
Parlamenti buraxan liderlər - SİYAHI

Ötən həftə ölkəmizdə qanunverici hakimiyyətdəki çoxluğun Milli Məclisin buraxılmasına dair qəbul etdiyi qərarla, bu həftə isə ölkə prezidentinin imzaladığı müvafiq sərəncamla bağlı yazılan bir çox şərhlərdə belə bir fikir vardı ki, guya bunun dünyada analoqu yoxdur.

Əslində isə elə deyil. Dövlətlərdə parlament institutu yaranandan bəri vaxtaşırı olaraq müxtəlif ölkələrdə parlamentlər bəzən vaxtından tez buraxılıb, yeni seçkilər təyin edilib.

Bu, hətta parlamenti olan ölkələrin barmaqla sayıldığı vaxtlarda da olub.

Məsələn, 1629-cu ildə İngiltərədə I Karl parlamenti buraxıb, daha sonra o, 11 il sonra həmin addımı yenidən atıb.

1648-ci ildə ingiltərəli inqilabçı, sərkərdə, hakimiyyətə gəlmiş Oliver Kromvel parlamenti buraxıb.

1653-cü ildə o, bəzi deputatların özlərini ömürlük parlament üzvü elan etməsi təşəbbüsünə qəzəblənərək parlamentə gəlib və “sizin çərənləmənizə son qoyuram” deyərək onları qovub dağıdıb.

1784-cü ildə Uilyam Pitt (kiçik) parlamentə ehtiyac duymayıb, onu buraxıb.

1789-cu ildə Fransa kralı XVI Lüdovik milli məclisin – parlamentin buraxıldığını elan edib, amma işi axıra çatdıra bilməyib, xalq üsyana qalxıb, dövlət həbsxanası Bastiliyanı ələ keçirib və nəticədə Böyük Fransız inqilabı baş verib.

1799-cu ildə Fransada Napoleon Bonapartın təkbaşına hakimiyyətə yiyələnməsinə mane olmaq istəyən parlament onun qrenadyorlarının müdaxiləsi darmadağın edilib, parlament nəinki buraxılıb, hətta deputatlar canlarını güclə qurtarıblar.

1848-ci ildə Almaniya parlamenti zorakılıqla buraxılıb.

1851-ci ildə II Napoleon da parlamenti buraxıb.

1861-ci ildə Macarıstan parlamenti buraxılıb.

1895-ci ildə Yaponiya parlamentinin başına eyni vaqiə gəlib.

Ötən əsr (XX) bu kimi hadisələrlə zəngin olub.


1906-cı ildə Rusiya imperiyasının birinci Dövlət Duması buraxılıb.

Bir ildən sonra, 1907-ci ildə ikinci Dövlət Duması da yararsız hesab edilərək buraxılıb.

1912-ci ildə Osmanlı imperiyasında müxalifətçi partiyalar parlamentin buraxılmasına nail olublar.

1917-ci ildə Rusiya imperiyasının dördüncü Dövlət Duması buraxılıb.

1918-ci idlə Lenin rus parlamentini əvəz edən təsisçi məclisi buraxıb.

1961-ci ildə Belçikada Eyskens hökuməti istefa verib və parlament buraxılıb.

1963-cü ildə Konqo parlamenti buraxılıb.

1972, 1982, 2005-ci illərdə Almaniya bundestaqı hakimiyyətin təşəbbüsü ilə buraxılıb və yeni seçilər təyin edilib.

1993-cü ildə Rusiya prezidenti Boris Yeltsin Ali Sovetin – parlamentin buraxılması haqqında fərman verib. Onun bu fərmanı müqavimətlə qarşılaşıb. Nəticədə Yeltsin Napoleonvari hərəkət edərək parlament binasını topa tutdurub, müqavimət gösətərn deputatların iradəsini qırıb.

2007-ci ildə Ukrayna prezidenti Viktor Yuşşenko Ukrayna Ali Radasının buraxılması haqda fərman imzalayıb.

2007-ci ildə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkə parlamentinin buraxılması haqqında fərman verib, ancaq sonrakı haisələr onun devrilməsinə səbəb olub.

2009-cu ildə Moldova prezidenti Vladimir Voronin ölkə parlamentini buraxıb, ölkədə siyasi böhran yaranıb.

2010-cu ildə Qırğızıstanın inqilab komitəsi parlamenti buraxıb.

2011-ci ildə Latviya prezidenti Zatlers ölkə parlamentinin – Seymin buraxılmasına dair referendum təyin edib.

2011-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan parlamentinin – Məclisin buraxılması haqqında fərman verib.

2014-cü ildə Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanı vaxtından əvvəl buraxıb, ancaq parlament yeni seçkilərə qədər öz fəaliyyətini davam etdirib – konstitusiyaya uyğun olaraq

2016-cı ildə İspaniya kralı VI Filipp gecəylə ölkə parlamentinin hər iki palatasını buraxıb.

2018-ci ildə Ermənistan parlamenti buraxılıb.

Bunlar parlamentlərin buraxılmasına dair faktların bir qismidir. Bundan başqa, parlamentlərin yeni çağırışlarının öz fəaliyyətlərini vaxtından qabaq başa vurması, yeni elan olunmuş seçkilərə qədər davam etdirməsi faktları da var və bunlar qat-qat çoxdur. İndiyədək Türkiyədə, Yaponiyada, Cənubi Koreyada, Kanada və İtaliyada onlarla belə hadisə yaşanıb. Bu dövlətlərdə vaxtaşırı yaranan siyasi böhranlar zamanı hökumət koalisiyasının dağılması gündəmə gələn kimi yeni seçkilər təyin olunur. Bir neçə ay sonra yeni seçki keçirilir, parlamentin yeni heyəti yeni hökumət kabinetini seçir, məsələ bitir.

Bu zaman parlamentin buraxılması təşəbbüsünün kim tərəfindən, hansı siyasi qüvvənin israrı ilə baş verməsi əhəmiyyət daşımır. Hər şey qarşılıqlı razılaşma yolu ilə həll olunur.

Bu baxımdan parlamentin buraxılması faciəvi bir şey olmadığı kimi, yeni seçkilərin keçirilməsi də problematik deyil. Yetər ki, yeni seçilmiş parlamentin tərkibi köhnəkindən bir çox parametrlər üzrə fərqlənsin - əlbəttə ki, yaxşılığa doğru.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar