Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixi binalar bərpa adı altında qarət edilir? - Şəkil

Tarix: 06-12-2019 17:46     Baxış: 3173 A- / A+
Tarixi binalar bərpa adı altında qarət edilir? - Şəkil

Memar Elçin Əliyev tarixi memarlıq binalarında bərpa zamanı kobud müdaxiləyə dair daha bir faktı ictimailəşdirib.

Manevr.az xəbər verir ki, memar bu barədə sosial şəbəkə profilində məlumat verib.

Memar qeyd edib ki, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 11 ünvanında yerləşən binada eyvanların qədim məhəccərləri müasir məhəccərlərlə əvəz edilib.

Bundan başqa, binanın qədim qapısı da yenisi ilə dəyişdirilib.

Bu bina XIX əsrin axırlarında musiqi məktəbi olaraq tikilib. Hazırda isə burada 33 saylı poliklinika yerləşir.

Şərhlərdə qeyd edilir ki, son dövrlər Bakıda tarixi memarlıq binalarının bərpası zamanı oxşar hallara təsadüf edilir. Təəssüf ki, binaların qədim detallarının sonrakı taleyindən xəbər tutmaq olmur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar