Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu aydan sosial kirayə mənzili ala biləcəksiniz: "Adambaşına ..."

Tarix: 06-12-2019 10:22     Baxış: 4148 A- / A+
Bu aydan sosial kirayə mənzili ala biləcəksiniz: "Adambaşına ..."

"Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün qeyd etmək istəyirəm ki, söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir".

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib:

"Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər.

Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir.

Əlavə edim ki, vətəndaşlar elektron ipoteka portalı və ya "ASAN xidmət" vasitəsi ilə müraciət edə biləcəklər".lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar