Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Sevgililərinin villasına keyfiyyətli, yollara isə keyfiyyətsiz boya vururlar" - ŞOK İTTİHAM - VİDEO

Tarix: 05-12-2019 18:15     Baxış: 3279 A- / A+
"Sevgililərinin villasına keyfiyyətli, yollara isə keyfiyyətsiz boya vururlar" - ŞOK İTTİHAM - VİDEO

Bakıda və ölkənin bir çox avtomobil yollarında çəkilən xətləri, nişanları sürücülər xüsusilə yağışlı və qaranlıq hava şəraitində görməkdə olduqca çətinlik çəkirlər.

Bunun əsas səbəblərindən biri xarici ölkələrdən fərqli olaraq Azərbaycanda daha aşağı keyfiyyətdə və zəif tərkibdə boyalardan istifadə edilməsidir.
Həmçinin yeni çəkilən xətlər qısa müddət sonra solur və ya tamamilə itir. Bu da təbii ki, həm sürücü, həm də piyadalara təhlükəli anlar yaşadır.
Mövzu ilə bağlı yol hərəkəti üzrə ekspert Elməddin Muradlı və Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq.

Elməddin Muradlı yeniavaz.com-a açıqlamasında bildirdi ki, yolların xətlənməsi, nişanlanmasında istifadə olunan boyaların 80 faizi keyfiyyətsizdir: "Çox təəssüflər olsun ki, ancaq rəhbər şəxslərin keçdiyi yolları nəzarətdə saxlayırlar və həmin istiqamətdə keyfiyyətli boyalar vururlar. Digər yollar isə bərbad vəziyyətdədir. Həmin yollar yalnız vətəndaşların müraciətindən sonra yenilənir".
Ekspert bildirdi ki, yollarda çəkilən xətt və nişanları il ərzində 6-7 dəfə yenidən bərpa etməkdənsə bir dəfə keyfiyyətli boya vurmaq daha məqsədə uyğundur: "Vacibdir ki, siz daha çox yeyinti edəsiniz? Heç olmasa ayrılan vəsaitin üçdə birini yolların çəkilməsində istifadə edin. Sizi inandırım ki, bəhs etdiyimiz boyaların əksəriyyəti məişətdə istifadə edilən boyalardır. Bəhs etdiyimiz boyalar isə yüksək texnologiyalarla hazırlanır və tamamilə başqa kateqoriyaya aiddir. Keyfiyyətli boyaları onlar çox yaxşı bilirlər. Ancaq, həmin boyalardan öz bağlarında, sevgililərinin villalarında istifadə edirlər".

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev isə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bəhsedilən problemlərin aradan qaldırılması üçün iki komponentli boyaların istifadəsinə başlanılıb:
"Bu boyaları xüsusilə işıqlandırılmamış bəzi küçələrdə istifadə edirik. Buna misal olaraq Sabunçu-Zabrat yolunu göstərə bilərik. Həmin yolun xətləri tez-tez silinirdi. Həmçinin orada işıqlandırma olmadığı üçün yol xətlərini görmək də mümkün deyildi. Ona görə, oranı iki komponentli boya ilə boyadıq. Bu cür xətləməni həm piyadalar həm də sürücülər rahat görə bilir. Şəhərin bir neçə küçələrində həmin boyadan istifadə etmişik. Bəhs edilən boyadan başqa küçələrdə də istifadə ediləcəyi planlaşdırılır".

Qeyd edək ki, iki komponentli boyaların yüksək işıqqaytarıcılıq keyfiyyəti var. Bunun üçün boyaya xüsusi şüşə kürəciklər əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir. Bu cür boyaların yuyulması da asan olur.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar