Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Ümid edirəm ki, Nazirlər Kabineti bu absurd ideyanı qəbul etməyəcək”

Tarix: 05-12-2019 16:07     Baxış: 3120 A- / A+
“Ümid edirəm ki, Nazirlər Kabineti bu absurd ideyanı qəbul etməyəcək”

“Təklif edilib ki, ikinci mərhələ, yəni bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələ ləğv olunsun. Bilmirəm bunu kim, hansı qurum təklif edib, amma onu dəqiq deyə bilərəm ki, bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur, o şəxs, qurum təhsildən 100 işıq ili uzaqdır".

Manevr.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Onun fikrincə, magistratura bir mərhələli olmalı, yalnız ixtisas və xarici dildən imtahan verilməlidir:

"Siz deyəsən magistraturanın məqsədini bilmirsiz? Magistr ixtisas dərəcəsidir, ilkin ixtisas üzrə elmi dərəcədir. Magistratura ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Amma siz bu mərhələ üçün ixtisas imtahanının ləğv edirsiz. Onsuz universitetlərdə ixtisaslar zəif tədris olunur. Bakalavrlar magistr imtahanı üçün sonda ixtisas fənlərini oxuyub bir az məlumatlı olurlar. Siz bunu təklif etməklə, ümumiyyətlə ixtisaslı kadrların kökünü kəsəcəksiniz. Birinci mərhələ ilə magistr seçmək gülüncdür, lazımsızdır. Məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsini yoxlamaqla magistr seçərlər? Magistr imtahanının birinci mərhələsi kurslara, repitetorlara xidmət edir. İxtisasını bilməyən bakalavrın magistraturada nə işi var?

Məntiqdən ona görə imtahan olmamalıdır ki, hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyinini yoxlayır. Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır. İnformatika sualları isə proqramist səviyyəsindədir. Təklif edirəm ki, magistr imtahanı bir mərhələli olsun və bakalavrlar yalnız ixtisas və xarici dildən imtahan versinlər.

Ümid edirəm ki, Nazirlər Kabineti yuxarıda dəyişiklik üçün təklif olunan absurd ideyanı qəbul etməyəcək”.

Qeyd edək ki, magistraturaya qəbul imtahanları iki mərhələdən ibarətdir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir. Ümumi bal 150-dir. Hazırda isə ikinci turun ləğv edilməsi barəsində təkliflər irəli sürülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar