Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi mərasim keçirildi

Tarix: 05-12-2019 09:46     Baxış: 3169 A- / A+
Qazaxıstanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi mərasim keçirildi


Azərbaycanla Qazaxıstan bütün sahələrdə əməkdaşlıq əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirir.

Bu barədə Qazaxıstanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

“Ticarət əlaqələrimiz getdikcə artır. 2018-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində isə 191 milyon dollar təşkil edib. Əsas əməkdaşlıq sahələri olan nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı kimi sahələrdə böyük inkişaf potensialı var. Ölkələrimizin ərazisindən Şərq-Qərb nəqliyyat-logistika dəhlizi keçir, Xəzər üzərindən yük daşımaları uğurla həyata keçirilir. Həmçinin bu ilin noyabr ayından Azərbaycanla Qazaxıstan Xəzərin dibi ilə keçəcək fiber optik magistralının tikintisinə başlayıb”, – deyən nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını xatırladıb: “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir”.

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov da iki ölkəni əsrlərə uzanıb gedən birgə tarix, dil, mədəniyyət tellərinin birləşdirdiyini qeyd edib: “Ölkələrimiz arasında qarşılıqlı etimad və dəstək əlaqələri var. İqtisadiyyat, siyasət sahələrindəki iki və çox tərəfli münasibətlər sürətlə inkişaf edir. Qazaxıstan daim Azərbaycan üçün etibarlı tərəfdaş olaraq qalacaq”.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar