Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nəyə görə yaponlar tualetə duz qoyur?

Tarix: 28-11-2019 09:29     Baxış: 4333 A- / A+
Nəyə görə yaponlar tualetə duz qoyur?


Yaponiyada evlərdə və restoranlarda, iş yerlərində kiçik qablara duzu təpə şəklində töküb, dekor kimi qapı ağzına, pəncərəyə, künclərə, hətta evin çölünə də qoyulduğunu görə bilərsiz.

Manevr.az medicina.az-a istinadən bildirir ki, yaponlar qədim əfsanəyə əsasən hələ də bu inancı yaşadırlar.

560 il əvvəl Yaponiyanın imperatoru Kiotonun qadınlara qarşı zəifliyi var idi. Onun sarayında 3000 kəniz saxlanılırdı. O, hər gün bir qadını seçməliydi. Bu seçimi isə o sevimli atına həvalə edirdi. At gedərək, hansı qapıda dayansa, o gözəl imperatorun qonağı olacaqdı.

Kənizlərdən biri imperatorun xüsusi diqqətini qazanmaq üçün biclik işlədir. O, evinin kandarına duz səpir və at burdan keçərklən istər-istəməz duza görə o qapıda dayanır. Beləcə qadın ilin ən az 90 gününü imperatorun yanında keçirməyə nail olurdu.

O vaxtdan kandara duz qoyulması xüsusi uğur və xoşbəxtlik simvolu, eləcə də evə lazımi nüfuzlu adamların cəlb olunması simvolu hesab edilir. Hamam və tualetdə isə yaponlar ona görə duz qoyur ki, o zonalar evin ən neqativ enerjili hissəsi hesab olunur. Bu yerdə insan neqativ enerji hasil edir, bədənindən artıq zibil çıxır və yuyunaraq təmizlənir. Bu zaman duz həmin neqativi özünə çəkir.

Onlar 1-2 aydan bir duzu yeniləyir. Duzu qaba uçbucaq təpə, yəni piramida formasında tökürlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar