Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov

Tarix: 25-11-2019 14:52     Baxış: 3316 A- / A+
““Uşaq pulu” xalqın tələbidir” – Vahid Əhmədov


“Təəssüflər olsun ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edirik, amma icrasından xəbərimiz yoxdur. Hesab edirəm ki, DSMF-də kifayət qədər böyük məbləğdən, 5 milyard manatdan söhbət gedir ki, bunun icrası ilə bağlı da Milli Məclisə hesabat verilməlidir”.

Manevr.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. V.Əhmədov bildirib ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ciddi islahatlar aparırır və DOST Mərkəzləri yaradıb:

“Başa düşmürəm, əgər idarəetmə elektronlaşdırılırsa, elektron idarəetmə sistemi tətbiq olunursa, əlavə mərkəzlərin yaradılmasına nə ehtiyac var? Düşünürəm ki, bu məsələyə də baxılmalıdır və büdcə üçün əlavə yüklər ləğv edilməlidir”.

Deputat vurğulayıb ki, “uşaq pulu” məsələsinə birbaşa “yox” deyilməsi doğru deyil:

“Bu məsələ ilə bağlı da nazirlik təkliflərlə çıxış etməlidir. “Pulumuz yoxdur, “uşaq pulu” verə bilmərik” demək doğru deyil. “Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”. /Cebhe.info/


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar