Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Artur Rasizadənin məcburi köçkünlərlə bağlı verdiyi qərarı təndiq etdi

Tarix: 25-11-2019 13:33     Baxış: 3324 A- / A+
Deputat Artur Rasizadənin məcburi köçkünlərlə bağlı verdiyi qərarı təndiq etdi

Milli Məclisin iclasında deputat Elman Məmmədov Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı 2017-ci il 24 yanvar tarixli qərarını tənqid edib.

Manevr.az-ın məlumatına görə, deputat bildirib ki, bəzən kimlərinsə mövqeyi nəticəsində ziddiyyətli qərarlar verilir.

“Bu qərarlar məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır. Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb.

İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər”, - deyə E.Məmmədov əlavə edib.

Onun sözlərinə görə, həmin qərarın digər bəndində isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, ona müavinət düşmür. Eyni zamanda, onlardan olan uşağa müavinət verilməsin. Bu, hansı məntiqə sığır?”

Qeyd edək ki, deputatın adını çəkdiyi tarixdə Baş nazir Artur Rasizadə olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar