Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq? - EKSPERT

Tarix: 24-11-2019 17:27     Baxış: 4114 A- / A+
Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq?


Havalar soyuduqca ölkənin daşınmaz əmlak bazarında durğunluq yaranır. Adətən qış aylarında ev alqı-satqısı azaldığından bazarda alıcı qıtlığı müşahidə olunur. Buna rəğmən təzə ilin əvvəlində əmlak bazarında da müəyyən canlanma olacağı istisna edilmir.

Manevr.az-ın məlumatına görə, mövzunu konkret.az-a şərh edən əmlak məsələləri üzrə ekspert, "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov hazırda bazarda aktivliyin zəif olduğunu dilə gətirib:

Yeni ildən mənzil bazarında vəziyyət necə olacaq?


"Bazarda oktyabr ayının nəticələrinə görə 2 faizə qədər azalma müşahidə olunur. Buna səbəb mənzilə ehtiyacı olan insanların böyük əksəriyyətinin, dövlət tərəfindən həyata keçirilən güzəştli satış proqramından faydalanmasıdır. Digər bir qisim insan isə növbəti güzəştli mənzil satışı layihəsinin icrasını gözləyir. Üstəlik banklar ipoteka kreditlərinin həcmini məhdudlaşdırıblar. Yəni burada da azalma mövcuddur. Mənzilə real ehtiyacı olanlar isə sadalanan layihələrdən bəhrələnə bilmirlər və ya əllərində nağd pulları yoxdur. Odur ki, mənzil bazarında aktivlik aşağı düşüb”.

Nüsrət İbrahimovun sözlərinə görə, yeni ildən sonra əmlak bazarında vəziyyətin necə olacağı, bankların aktivlik səviyyəsindən asılıdır: "Banklar kredit bazarında nə qədər aktiv olacaqsa, əmlak bazarında bir o qədər canlanma müşahidə ediləcək”.

Kirayə mənzil bazarında hazırkı vəziyyətə gəlincə isə əmlak eksperti bildirib ki, burada artım var: "Ay ərzində 2 faiz artım müşahidə edilib. O cümlədən il ərzində də kirayə mənzil bazarında artım olub. Kirayə mənzil bazarında təklif qıtlığı olduğu üçün, qiymətlərin artımı qaçılmazdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar