Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qobuda 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Tarix: 22-11-2019 15:50     Baxış: 3361 A- / A+
Qobuda 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı çərçivəsində Abşeron rayonunun Qobu qəsəbəsində də müasir tələblərə cavab verən 10 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Manevr.az-a verilən məlumata görə, yeni fərdi yaşayış evləri ilə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, xüsusilə ildən-ilə genişlənən mənzillə təminat proqramından razılıqlarını ifadə ediblər. Onlar yeni fərdi yaşayış evləri təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Mənzillərin sənədlərini və açarlarını təqdim edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, həmin kateqoriyalardan olan 934 nəfərin 2019-cu ildə mənzillə və fərdi evlə təminatı nəzərdə tutulub. Onlardan artıq 386 nəfərinə yeni tikilmiş yaşayış binalarından alınmış mənzil və fərdi ev təqdim olunub, qalanları da bu ilin sonunadək mənzillə təmin olunacaq.
Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nazirlik tərəfindən indiyədək 7040 mənzil və fərdi yaşayış evi verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar