Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Beynimiz niyə tez qocalır? - QORXUNC SƏBƏBLƏR

Tarix: 22-11-2019 15:04     Baxış: 3143 A- / A+
Beynimiz niyə tez qocalır? - QORXUNC SƏBƏBLƏR


Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.


Manevr.az publika.az-a istinadən xəbər verir ki, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.

Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.

Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.

Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.

Tədqiqatın nəticələrinə əsasən, metabolik sindromu olanlarda beyin həcmi sağlam şəxslərlə müqayisədə kiçik olur. Həmin şəxslərdə qanda şəkərin çoxalması, demensiya və Altsheymer xəstəliyi riski yüksəkdir.

Metabolik sindromun qarşısının alınması üçün həkimlər balıq, meyvə-tərəvəz və taxıl məhsullarını tövsiyə edir.

Mütəxəssislər hesab edir ki, fiziki fəaliyyət də beynin işini yaxşılaşdıra bilər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar