Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində

Tarix: 14-11-2019 18:23     Baxış: 4209 A- / A+
Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində


“İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:

“Hazırlanan qaydalar qurumlarla sonuncu razılaşdırma mərhələsindədir. Bu sənəd İqtisadiyyat, Maliyyə, Energetika, Ədliyyə Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəristiliktəchizat” ASC-nin rəhərlikləri imzalayandan sonra Nazirlər Kabinetinə təqdim ediləcək”.

İ.Mirzəliyeva qeyd edib ki, “İstilik Enerjisinin İstifadə Qaydaları” vacib və mükəmməl sənəddir:

“Bütün münasibətlər bu qaydalarla tənzimlənəcək. Burada temperaturun rejimi, pis istilik verilsə, onun haqqı necə ödənilməli, texniki şərtin alınması, istiliyin dəyəri, şikayətlərin bildirilməsi və sair məsələlər o qaydalarda tam olaraq öz əksini tapacaq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar