Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkünlər dam örtüyü çökən yataqxanadan köçürüləcək

Tarix: 12-11-2019 16:28     Baxış: 3208 A- / A+
Məcburi köçkünlər dam örtüyü çökən yataqxanadan köçürüləcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxananın dam örtüyünün çökməsi ilə bağlı məlumat yayıb.

Dövlət Komitəsindən Manevr.az-a bildirilib ki, hadisə noyabrın 11-də Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında baş verib.

Orada yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

"Hazırda həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar. Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyildir. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib. Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır", - məlumatda deyilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar