Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Xəzər TV"nin səhvinə görə tələbələrin kartından pul oğurlandı

Tarix: 11-11-2019 21:20     Baxış: 3137 A- / A+
"Xəzər TV"nin səhvinə görə tələbələrin kartından pul oğurlandı

"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin kartından pul oğurlayan şəxslər müəyyənləşib və vəsait tezliklə geri qaytarılacaq".

Manevr.az xəbər verir ki, bu barədə “report”a UNEC-dən məlumat verilib.
Ali məktəbdən bildirilib ki, 2 tələbənin kartından ümumilikdə 232 manat məbləğində vəsait silinib: “Ötən həftə təqdimatı olan “Smart Tələbə Kartı” ilə bağlı “”Xəzər TV” süjet hazırlamışdı. Həmin süjetdə kartların göstərilməsi zamanı gizli saxlanılmalı olan hissələr də açıq şəkildə nümayiş olunmuşdu. Bundan sonra isə bir nəfər həmin kart məlumatlarından istifadə edərək “aliexpress.com” saytından alış-veriş edib.
Bəzi saytlar var ki, onlar "3D" təhlükəsizlik şifrəsi tələb etmir. "aliexpress.com" saytı da belələrindəndir. Ona görə, bu kartdan orada istifadə etmək asan olub. Prezident təqaüdçüsü olan iki qız tələbəyə məxsus kartların 1-dən 210, digərindən isə 22 manat məbləğində ödəniş olunub. Artıq həmin şəxs müəyyənləşib. Hazırda həmin vəsaitlərin geri qaytarılması üçün müraciət olunub və vəsait tezliklə geri qaytarılacaq”.
Xatırladaq ki, “Kapital Bank” ASC, “MasterCard” və UNEC-in birgə təşəbbüsü ilə hazırlanan “Smart Tələbə Kart”ları özündə bir neçə funksiyanı birləşdirir. Bu həm tələbə, həm təqaüd, həm debet kartıdır. Gələcəkdə isə həmin kartlardan nəqliyyatda ödənişlər üçün də istifadə ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar