Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Binaların su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır" - ASC sədri

Tarix: 07-11-2019 15:23     Baxış: 3148 A- / A+
"Binaların su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır" - ASC sədri


Suyun keyfiyyəti ilə bağlı deyə bilərəm ki, biz əvvəllər 500 nöqtədən su nümunəsi götürə bilirdik. Sonradan su nümunələri götürdüyümüz mənbələrin sayını 2300-ə, analizlərin sayını 172 minə çatdırdıq. Laboratoriya tikdiyimiz üçün problemli yerləri müəyyən etməklə suyun keyfiyyətini yaxşılaşdıra bildik. Deyə bilərəm ki, hazırda əhaliyə verilən su bütün standartlara cavab verir.

Manevr.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azərsu" ASC-nin sədri Qorxmaq Hüseynov bildirib.

O qeyd edib ki, şəhərin bütün nöqtələrində su tam nəzarətdədir:

"İctimai obyektlər, məktəblər, uşaq bağçaları müəyyənləşib. Digər mənbələr də daim nəzarətdə saxlanılır. Yalnız kooperativ binalarla bağlı bəzi problemlər qalmaqdadır. Məsələ ondadır ki, hər bir kooperativ binanın su anbarı ildə ən azı bir dəfə yuyulmalıdır. Çox təəssüf ki, onlar bunu diqqətə almırlar. Biz bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Onu da demək istəyirəm ki, bir sıra hallarda "Azərsu”nun suyunu su istahsal edın şirkətlər anti-reklam vasitəsinə çeviriblər. Ancaq su filtrləri özü çirklənmə mənbəyinə çevrilib. Yaxınlarımızdan biri 20 litrlik su almışdı. Mənə dedi ki, sizin suyunuz çox keyfiyyətsizdir. Biz həmin əraziyə verilən suyu yoxladıq. Məlum oldu ki, kooperativ binadır, ora 5 ildir təmizləyici quruğu qoyublar, bir dəfə də onun filtrini dəyişməyiblər. "Azərsu" ASC suyun keyfiyyəti ilə bağlı bütün lazım olan işləri həyata keçirir”.\xezerxeber.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar