Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalıb

Tarix: 07-11-2019 08:50     Baxış: 3199 A- / A+
Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalıb


Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalıb.

Manevr.az bildirir ki, 2018-ci ildə Azərbaycanda yaşı 18-dək olan analar tərəfindən 2129 uşaq doğulub. Bu göstərici 2017-ci ildə 2421, 2016-cı ildə 2 809, 2015-ci ildə 2 895, 2014-cü ildə 3 296 uşaq olub.

Ötən il yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqların sayı azalsa da, onların sayı 2000-ci illərin əvvəli ilə müqayisədə çoxdur.

2000-ci ildə 1 864, 2001-ci ildə 1 774, 2002-ci ildə 1 903, 2003-cü ildə 1 962 uşaq yaşı 18-dək olan analar tərəfindən dünyaya gətirilib.

Son illər ərzində Azərbaycanda 18 yaşadək analar tərəfindən ən az uşağın doğulduğu il isə 2001-ci il olub.

18 yaşadək analar tərəfindən ən çox uşaq 2011-ci ildə doğulub. Həmin ildə 4 392 yenidoğulmuşun anası yaşı 18-dək olan qadınlar olub.

Yaşı 18-dək olan analar tərəfindən doğulan uşaqlar daha çox kənd yerlərinin payına düşür. Yalnız 2018-ci ildə 18 yaşadək olan analar tərəfindən doğulan 2129 uşağın 652-si (2017-ci ildə 740) şəhər, 1477-i (2017-ci ildə 1 681) kənd yerlərində dünyaya göz açıb.

Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18 olsa da, bəzi səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar