Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Nuşirəvan müəllim kimdənsə ehtiyat edib o telekanallara heç nə deyə bilmirsə...”

Tarix: 06-11-2019 23:16     Baxış: 4168 A- / A+
“Nuşirəvan müəllim kimdənsə ehtiyat edib o telekanallara heç nə deyə bilmirsə...”

“Nüşirəvan müəllim kimdən kimə şikayət edir? Qanun da, ixtiyar da onun əlindədi”

Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül MTRŞ sədrinin belə bir açıqlamasına görə təəssüfləndiyini bildirib:

“Əgər rəsmi səviyyədə, prezidentin sərəncamıyla bura təyin olunan MTRŞ rəhbəri televiziyalarımızdan giley-güzar edirsə, bununki lap “səndən yar, sənə şikayətim var” oldu. Biz ona özəl telekanallarımızın vəziyyətindən şikayət etməliyik. Nüşirəvan müəllim kimdən kimə şikayət edir? Qanun da, ixtiyar da onun əlindədi. Bu özəl studiyalar kimindi? Nə vaxtdan biz milli-mənəvi dəyərlərimizi özəl studiyaların şəxsi qazancına qurban vermişik? Başım çıxmır. Niyə bir ölçü götürülmür? İnsan haqlarıdı, demokratiyadı, bunlar hamısı yalan şeylərdir. O adla böyük dövlətlər oyun oynayırlar. Məsələn, onlardan biri Amerikadır. Bu gün telekanallarımızda Bədii Şuralar yaradıblar. Əgər dövlətin rəsmi qurumu olan MTRŞ heç bir şey edə bilmirsə, Bədii Şuralar televiziyaya nə edəcək ki? Bunlar deyir haqqımı verirəm, belə də oxuyuram, əcəb edirəm.

Bütün bunlar dövlət səviyyəsində, rəsmi şəkildə həll olunmalıdır. Xalqın milli-mənəvi dəyəri heç bir demokratiyaya, insan haqlarına, söz azadlığına qurban verilə bilməz. Mən hörmətli Nuşirəvan müəllimin açıqlamasında çox pərt oldum. Qardaş, siyir qılıncını qoy ortalığa. Bu səlahiyyəti telekanallarımıza kim verib? Əgər Nuşirəvan müəllim kimdənsə ehtiyat edib o telekanallara heç nə deyə bilmirsə, məni çağırsın onlara sözümü deyim”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi təhrif olunan formada təqdim olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar