Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni nəhəng ticarət mərkəzi açılır

Tarix: 05-11-2019 10:47     Baxış: 3113 A- / A+
Bakıda yeni nəhəng ticarət mərkəzi açılır


Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.


Manevr.az xəbər verir ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən byöük ticarət mərkəzi sayılan «Dəniz Mall» işə düşəcək.
Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcək. Layihənin müəllifləri «Dəniz Mall»ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.

Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, tədbirlərin və toyların keçiriləcəyi məkan kimi nəzərdə tutulub. Amma bu müddət ərzində Heydər Əliyev Mərkəzi və elə onun yaxınlığında Bakı Konqres mərkəzi işə düşüb. Nəticədə layihənin sifarişçiləri onu ənənəvi alış-veriş və ticarət məkanı kimi layihələndirməyi qərara alıblar.Mərkəz ailəvi istirahət məkanı kimi nəzərdə tutulub və burada ticarət əyləncə obyektləri olacaq.
Artıq bir sıra tanınmış brendlər «Dəniz Mall»da olacaqlarını təsdiqləyiblər. Ticarət mərkəzində artıq 90% dükan yerlərinin icarəyə götürüldüyü bildirilir. Yeni mallda qiymətlərə gəlincə isə burada icarə qitmətlərinin digər mallardan fərqlənmədiyi bildirilib.

"Dəniz Mall"-da bu şirkətlərin olcağı artıq öz təsdiqini tapıb. "McDonald's", "Alma Store", "Cinema Plus", "Yargıcı", "Swarovski", "Kinder Land", "Etam", "Cinnabon", "Flo", "Starbucks"(FED.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar