Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda deputatlığa namizəd azadlığa buraxıldı

Tarix: 04-11-2019 10:51     Baxış: 4147 A- / A+
Azərbaycanda deputatlığa namizəd azadlığa buraxıldı


Dələduzluqda ittiham edilərək həbs edilən deputatlığa namizəd olmuş şair Əli Hacı Ağaevli azadlığa çıxıb.

Manevr.az məlumatına görə, Əli Hacı Ağaevli saxlandığı Bakı İstintaq Təcridxanasından cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Ə.Ağaevli və Fuad Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.
Lakin təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Hacı Ağaevli 7 il, Fuad Kərimov 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalından həbs edilib.
Bakı Apelyasiya Məhkəməsində Əli Hacı Ağaevlinin cəzası 6 il azaldırılaraq barəsində qəti olaraq 1 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Xatırladaq ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub. "Varlıq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar