Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR

Tarix: 02-11-2019 14:30     Baxış: 4261 A- / A+
Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR


Bərdə rayonunda 10 ildən çoxdur salınan yaşayış massivində sakinlər yol və içməli sudan əziyyət çəkirlər.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, rayonunun Güloğlular kəndi ərazisində Yeni Bakı küçəsində yol və içməli su problemi illərdir ki, davam edir.

Onlar rayonun mərkəzinə yaxın ərazidə yaşasalar da, evlərinə çatmaları xeyli vaxt aparır. Buna səbəb isə küçə yollarının bərbad və çala-çuxurlu olmasıdır.

Yerli sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib.

Qəsəbə sakini Şamxal Adıgözəlov bildirir ki, bununla bağlı "Azərbaycan Avtomobil Yolları” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun rayonlarda keçirdiyi qəbulda iştirak edərək vəziyyəti sakinlər adından sədrə bildirib. S.Məmmədov yolun qısa zamanda düzələcəyinə söz versə də, keçirilən qəbuldan bir neçə ay keçməsinə baxmayaraq, yol hələ də düzəlməyib.

Sakinlər bir neçə dəfə şəxsi vəsaitləri hesabına yola çay daşı və çınqıl tökdürüb, problemi qısamüddətli həll edib. Amma az müddətdən sonra yol yenidən sıradan çıxıb.

500-ə yaxın ailənin yaşadığı küçədə yoldan başqa, içməli su da problemə çevrilib. Burada, ümumiyətlə, içməli su yoxdur. Onlar məişət ehtiyacları üçün quyu sularından istifadə edir.

Vəziyyət yay aylarında xüsusilə daha da çətin olur. Onlar məsələ ilə bağlı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovla da görüşüblər. Cəmiyyət sədri problemin yaxın zamanlarda həll ediləcəyini bildirib. Yeni Bakı küçəsinin sakinləri vəziyyətin tezliklə öz həllini tapacağına ümidlidirlər.

Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR
Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR
Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR
Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR
Saleh Məmmədovun verdiyi vədlər boş çıxır: Nə yol var, nə də içməli su - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar