Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

TƏSDİQLƏNDİ: İntim həyatın olmaması yaddaşı zəiflədir

Tarix: 01-11-2019 14:57     Baxış: 3134 A- / A+
TƏSDİQLƏNDİ: İntim həyatın olmaması yaddaşı zəiflədir


Fiziki yaxınlıq haqqında düşünəndə bunu həzz hissi ilə əlaqələndiririk. Ancaq reallıqda o, təkcə cismani istəkləri təmin etmir. Araşdırmalar göstərir ki, normal intim həyat Alzheymer də daxil olmaqla bir çox xəstəliyin müalicəsində effektli rol oynayır.

İntim həyat əbədi gəncliyin müəyyən mənada iksiri ola bilər. Bu, toksinlərin aradan qaldırılması hesabına baş verir. Bundan əlavə, daha xoşbəxt olursunuz. Həm də yaddaş zəifliyinin qarşısı alınır.

Elm təsdiqləyir ki, cinsi həyatın olmaması yaddaş problemlərini gücləndirir. İngiltərəli mütəxəssis Mark Allen fiziki yaxınlıq və ya emosional bağlılığın beynin yaddaş ilə sıx əlaqəli sahələrini stimullaşdıra biləcəyi qənaətindədir.

Ekspertin sözlərinə görə, araşdırmada iştirakçılara cinsi həyat haqqında suallar verilib. Bu amillərin bir-birlərindən necə asılı olduğunu tapmaq üçün növbəti mərhələdə yaddaş testi keçirilib. Tədqiqat zamanı cinsi həyatı daha çox aktiv iştirakçıların güclü yaddaşa sahib olduğu üzə çıxıb.

Alimlər onu da iddia edir ki, hətta həyat yoldaşlarına emosional bağlılığı olanlar ən xırda məsələləri asanlıqla yadda saxlaya bilir.

Qeyd edək ki, bir neçə il əvvəl Mançester Universiteti bu iddiaları təsdiqləyib. Alimlər sübut edib ki, sıx intim həyatı olan yaşlı insanlarda belə koqnitiv qabiliyyətlər yüksək olur.

Digər araşdırmalarda isə sübut olunub ki, seks səhhətdə böyük rol oynayır. Məsələn, qripin qarşısını alır, dəri vəziyyətini yaxşılaşdırır, stressi azaldır, kalori yandırır və yaxşı əhval-ruhiyyə yaradır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar