Sizin Reklam Burada
Xəbər lenti
21 noyabr
20 noyabr
BÜTÜN XƏBƏRLƏR

"Milli Şuranın qanunsuz aksiyalarına getməyin, onların..." - Deputatdan jurnalistlərə Çağırış

Tarix: 31-10-2019 19:19     Baxış: 326 A- / A+
"Milli Şuranın qanunsuz aksiyalarına getməyin, onların..." - Deputatdan jurnalistlərə Çağırış

"Milli Şuranın noyabrın 2-ə təyin etdiyi qanunsuz aksiya öz ideyaları deyil idi. Bu aksiya xarici dövlətlərin tapşırığı ilə təyin edilmişdi. Anladılar ki, aksiyaya gələn adamlar olmayacaq, dərhal ləğv etdilər".

Manevr.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının lideri, deputat Fərəc Quliyev bildirib.

Deputat deyib ki, ümumiyyətlə Milli Şuranın istəkləri xalqın tələbi və milli deyil:

"Milli Şura nə istədiyini heç özü də bilmir. Yeganə məqsəd qanunsuz aksiyalar təyin etməklə, xaricdən qerantlar almaqdır. Ara yerdə yazıq 5-10 nəfər aldadılmış insan zərər çəkir. Mənim o adamlara yazığım gəlir. Milli Şura həmin insanları aldadaraq, onları qanunsuz aksiyalara çağırır, onların duyğuları ilə oynayır. Kiçik sosial problemlər hər bir dövlətdə olur, dünyada problemsiz ölkə yoxdur. Ancaq insanların duyğuları ilə oynamaq, onlara yalan vədlər vermək yolverilməzdir. Milli Şura saxta çağırışlarla insanları aşağılayır, onlara yalan vədlər verir".

F.Quliyev qeyd edib ki, Milli Şura yarandığı gündən bəri stəkanda fırtına yaratmaqla məşğuldur:

"Əslində, Milli Şura ölü bir təşkilatdır, onu gündəmdə saxlayan və şişirdən mətbuat özüdür. Axı onlara kim əhəmiyyət verir? Biri çıxıb yolu kəsir, biri də küçəyə çıxıb gücənə-gücənə gedir, heç kəs ona toxunmur, amma yalandan hay-küy salır. Məcburən deyil ki, insanlar Milli Şuranın aksiyalarına gəlmirlər. Mən ötən dəfə də hökumətə çağırış etdim ki, tapşırıq verin, ora polis gəlməsin, görək bunların mitinqinə kimdir gələn! Hər binada ən azı 500-600 nəfər yaşayır. Amma bunlar binaların qabağında aksiya keçirirlər, amma heç kəs onlara gəlib qoşulmur. Hətta, eyvandan belə bir nəfər çıxıb onlara dəstək vermir. Həmin mitinqlərə gələnlərin əksəriyyəti də polislər və jurnalistlərdir. Mən jurnalistlərə müraciət edərək deyiləm ki, Milli Şuranın qanunsuz aksiyalarına getməyin, onların sayını artırırsınız! Çünki Milli Şuranın Azərbaycan cəmiyyətinə və siyasətinə heç bir bağlılığı yoxdur. Onlar bir maşadır. Milli Şuranı gah Rusiya, gah da Qərb əlində oynadır. Necə ki, ötən əsrin 80-ci illərdə SSRİ PKK-nı yaradaraq, ABŞ ilə bərabər istifadə etdi, indi də Milli Şura da xarici dövlətlər tərəfindən belə istifadə olunur".


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar