Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Restoranlarda əhaliyə “nərə” balığı adı ilə “naqqa” balığı verilir - VİDEO

Tarix: 27-10-2019 18:40     Baxış: 4308 A- / A+
Restoranlarda əhaliyə “nərə” balığı adı ilə “naqqa” balığı verilir - VİDEO

Bakıda yerləşən bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə” balığı adı altında "naqqa” balığı təqdim edildiyi aşkar olunub.

Manevr.az-ın məlumatına görə, bu hal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub.

Monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə "nərə” balığına oxşayan "naqqa” balığının təqdim edildiyi aşkar olunub. Qeyd edilir ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Bununla bağlı əsas menyuları balıq olan restoran sahibləri bildirdilər ki, nərə balığı naqqa balığından çox fərqlənir. Bunun üçün sadəcə olaraq təqdimata və dada fikir vermək bəs edir.

Balıqçılar isə bildirirlər ki, vətəndaşlar aldanmaq istəmirlərsə, bir necə nüansa fikir versinlər.

Qida eksperti İsa Əliyevin sözlərinə görə, balıqların insanlara bu cür səhv verilməsi sadəcə olaraq restoranların işbazlığıdır.

İsa Əliyeb bildirib ki, insanlar bu cür hallarla qarşılaşarlarsa Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə zəng etsinlər.

Qeyd edək ki, naqqa balığının 1 kiloqramının bazarda qiyməti 10 manat, nərə balığınınkı isə 35-55 manat arasında dəyişir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar