Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kimlərin ruhu cənnətə düşə bilər...

Tarix: 26-10-2019 18:17     Baxış: 4177 A- / A+
Kimlərin ruhu cənnətə düşə bilər...


Çağdaş Qərb sivilizasiyasının doğuşu, ellin mədəniyyətinin məhvi Hannibalın Romaya yürüşü və məğlubiyyətindən sonra başlandı.

Karfageni dağıdan Roma əslində özünü məhv etdi.

İslam da özünü zəifləmədən qorumaq, daha da güclənmək üçün fəlsəfə ilə barışmalı oldu.

Qismən.

Uilyam MakNeyll, Möhsin Məhdi, Qüstav fon Qrünbaum, Uilyam Okseruold, Merilin Robinson Uoldman, Harold Rocers, Corc Çadvik və daha 47 məşhur alim - onların fikirləri dəyərlidir, amma...

Xristianlığın ilkin dönəmlərində olduğu kimi, müsəlmanlar arasında da mübahisələr və diskussiyalar başlanmışdı.

Məhz bunun sayəsində İslamın mürəkkəb, "sadə" insanlar çətin çatan həqiqətləri aydın və bitmiş forma aldı.

Həmin dövrlər ehkamların və doqmaların yarandığı, fikir və mövqe müxtəlifliyinin, fantastik gümanların və ifrat cəsur etirazların vaxtları idi.

İslam üləmalarının qarşısında duran əsas məsələ ruhla bağlı idi.

Kimlərin ruhu cənnətə düşə bilər və bunun üçün nə etmək gərəkdir?

Ümumi cavab belə idi - ruhu xilas etmək üçün ilk əvvəl Allaha inanmaq gərəkdir.

Bəs Allaha inam nədir?

İslamın ilkin və orta dönəmlərrində sualın cavabları belə idi:
1. Allah haqqında bilmək gərəkdir
2. Onu sonsuz qüdrət sahibi saymaq gərəkdir
3. Onu şəriksiz və tək bilmək gərəkdir.
4. Onu sevmək gərəkdir.
5. Allahın Rəsulunun dediklərinə inanmaq gərəkdir

Yəni sadə desəm, Allaha dillə və qəlblə inanmaq gərəkdir.

Fəqət, unutmayaq, ruhun xilası sadəcə inamdan yox, əməllərdən də asılıdır.

Ölümdən sonra insanın taleyini nə müəyyən edir, insan hansı əməllərinə görə ölümdən sonra mükafat və ya cəza alır?

Bəzi alimlər hesab edirdilər ki, insan Allaha inanaraq ölərsə, ona hər şey bağışlanar. Əsas məsələ Allahı tanımaqdır.

Başqaları deyirdilər ki, yox, insan Allaha inanıb ölərsə, bağışlanacaq. Bir Allaha şərik qoşmaqdan, yəni şirkdən savayı. İnsanın əməllərini Allah özü çözəcək.

Bir başqaları söyləyirdilər ki, dünyanı Yaradanı tanımaq yetər: Peyğəmbər Muhəmmədi tanımasan da, olar.

Di gəl, insana əməllərinə görə qiymət veriləcəksə, insan əməllərdə nə qədər azaddır?

O əməlləri özü edir, yoxsa hər şey alın yazısı, qəzavü-qədərdir?

Fikirlər bu məsələdə haçalandı, canlar.

İfrat sərt olan cəbrilər ("Cəbr", yəni vadar etmə) deyirdilər ki, hər şey qəzavü-qədərə bağlıdı. Onlar deyirdilər: "İnsanın fikirlərini Allah bəlirləyir, Allah da mükafat və ya cəza verir. Onun iradəsidir, mübahisəyə yer yox".

Qədərilər ("Qədər", yəni hakimiyyət, iradə) əksinə, tam iradə azadlığını təbliğ edirdilər. Onlar söyləyirdilər ki, Alllah insanlara şüur və Quran yerib, yerdə qalanını insanlar bəlirləməlidir.

Mürciilər ("Əl mürciə", yəni təxirə salmaq, ertələmək) vurğulayırdılar ki, nəyin halal və ya haram olduğuna insanlar qərar verə bilməz.

Bunu ancaq Allah bilir. Allah da qərarını insanın ölümünə qədər təxirə salır. Hər şey axirətdə bilinəcək.

İlk bölünmə, İslamın fəlsəfə ilə barışıq cəhdləri belə idi.

Sonra parçalanmalar artdı və mübahisələrin əsasını Quran təşkil etdi.

Allah tək, müqəddəs və əbədidirsə, onun yolladığı Qurani-Kərim də vahid əbədi əvvəldir, yoxsa Allahın insanlara verdiyi nişanədəir sadəcə?

Allahla Quranı nə birləşdirir, nə ayırır, aralarında hansı əlaqələr var?

Bu ehkam məsələlərə münasibət İslamın 4 əsas istiqamətini müəyyənləşdirdi: rasionalizm (mütəzililər), tradisionalizm (sünnilər), radikalizm (xaricilər) və messianlıq (şiələr).

Mütəzililər özlərini "kəlamilər" də adlandırırdılar. Onlar dini rasionallaşdırmaq, aləmin və əşyaların şüuri qavramı ilə uyğunlaşdırmağa çalışan intellektuallardı.

Onlar hesab edirdilər ki, Quranla hədislərin təhlili və təfsiri üçün əsas şərt şüurdur. Müsəlmanlar qaydalara kor-koranə tabe olmamalı, ən yaxşılara anlayaraq riayət etməli, dini mətnləri təhlil etmələridir.

Hesab edirdilər ki, məntiq və dialektika ilə istənilən problemi anlamaq, Quranda yazılanların əsl mahiyyətini anlamaq olar.

Kəlamilərin həbaşilər kimi bəzi qolları hətta şüuru inamdan üstün tuturdular.

"Quran və Rəsulillah barədə məlumatı omayan insan belə ağlına hakim olarsa, dinə gələ bilər", - onlar belə deyirdilər.

Kəlamilər deyirdilər ki, insan əməllərində büsbütün azaddır. O, taleyini bəlirləyir, Xeyirlə Şərin nə olduğunu bilir, gərək bildiyini edir.

Kəlamilər vurğulayırdılar ki, Allah yalnız möminləri cənnətə, şaram edənləri Cəhənəmə yollamaq vədini yerinə yetirir və onun qərarını heç nə dəyişə bilməz: Nə Rəsulun müdafiəsi, nə Allahın özünün şəfqəti.

Mütəzəlliləri müşrik, yəni Allaha şirk qoşan, hətta bütpərəst sayırdılar.

Sünni üləmalar deyirdilər ki, əgər insan əməllərinə görə məsuliyyət daşıyırsa, deməli, o, əməlini yaradır. Lakin yaradan sadəcə, Allahdır və belə çıxır ki, insan da Allahdır? Məhz buna görə mütəzəllilər müşriklər, kafirlər sayılırdılar.

Mütəzəllilər də cavabında sünnilərə kafir deyir, bəyan edirdilər ki, Allahın yaratdıqlarını əbədi sayırlar, halbuki sadəcə, Allah əbədidir və bu səbəbdən də şirk edirlər.

Məəmərilərsə deyirdilər ki, xeyr, Kainatda bu dünyada və bu həyatdan başqna heç nə yoxdur, cənnət və cəhənnəm elə bu həyatdadır, Yerdədir.

Həbitilər və hədasilər inanırdılar ki, Allahla bahəm, onun yaratdığı Məsih var.

İnsan da öləndən sonra o, əbədi həyata layiq olanadək dolaşır, müxtəlif formalarda zühur edir.

Hədasilər bəyan edirdilər ki, hər şeyvan növünün öz icması, öz cəmaatı və Allahın onlara yolladığı elçisi var.

Abbasilər dönəmində bu təriqətlər dəstəklənsə də, sonra onlar çökdülər.

Sünnilərlə şiələr çoxsaylı yönləri əritdilər, məğlub etdilər.

Beləliklə, İslam parçalanmaqdan qurtuldu, amma fəlsəfə ilə barışıq baş tutmadı./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar