Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır... - Videoreportaj

Tarix: 26-10-2019 17:23     Baxış: 3509 A- / A+
Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır... - Videoreportaj

Bu gün Azərbaycan əhalisindən gələn sosial çağırışlar sırasında ən çox dilə gətirilən və müzakirə olunan uşaq pulu məsələsidir. Hökumətdən hələ ki, bu məsələ ilə bağlı adekvat reaksiya verilməsə də, ekspertlər uşaq pulunun verilməsini vacib hesab edirlər.
Qeyd edək ki, Azərbaycanda “uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan “uşaq pul”unun verilməsi dayandırılıb. Bundan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Ancaq ümumi ictimai rəy onu göstərir ki, əhali uşaq pulunun verilməsini istəyir.

İqtisadçı ekspert Rəşad Həsənov hazırda dövlət büdcəsinin uşaq pulunun verilməsi üçün imkanlara malik olduğunu bildirdi. İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da bu məsələnin mərhələli şəkildə həllinə tərəfdar olduğunu vurğuladı.
Uşaq pulu məsələsi nə yerdə qaldı? - İqtisadçı ekspertlər danışır... - Videoreportaj

Xatırladaq ki, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu, illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Təkliflər əsasən 23 yaşadək uşaqlar üçün 80 manat, 4 yaşdan məktəbəqədər yaşadək 50 manat, məktəblilər üçün aylıq 40 manat uşaq pulunun verilməsidir.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar