Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistə qarşı şikayət icraata götürülmədi

Tarix: 24-10-2019 16:37     Baxış: 3179 A- / A+
Jurnalistə qarşı şikayət icraata götürülmədi

Yasamal rayon Məhkəməsində "Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittihamla bağlı məhkəmədə A.Məmmədov vəsatət verərək şikayətin icraata qəbul olunmamasını xahiş edib.

Baş redaktor bildirib ki, M.Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda "Lombard Məlahət" kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib: “Yazıda Məlahət Qurbanovanı nüfuzdan salacaq diffamativ hesab edilən ifadə göstərilməyib. Həmin ifadənin xüsusi ittihamçı tərəfindən nə üçün böhtan və təhqir hesab edilməsini əsaslandırmayıb. İşin mübahisə edilməyən halı xüsusi ittihamçının adının Məlahət olması və "Məlahət" MMC-nin direktoru olması, peşəkar lombard fəaliyyəti ilə məşğul olması mübahisəsizdir. Ona görə də, o cəmiyyətdə "Lombard Məlahət" kimi tanınır”.

A.Məmmədov əlavə edib ki, lombard və Məlahət sözü ayrılıqda və birlikdə işlədildikdə nüfuzdansalıcı məlumat kimi xarakterizə edilə bilməz. Çünki lombard qanunla qadağan olunmayan fəaliyyət sahəsidir. Buna görə də, şikayət əsassız olduğundan və qanunvericiliyə uyğun tərtib edilmədiyindən icraata qəbul olunmamalıdır.

Xüsusi ittihamçının vəkili isə bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Qurbanova lombard fəaliyyəti ilə məşğul olmur. Onun Criminal.az saytında "Lombard Məlahət" kimi təqdim edilməsi təhqirdir. Vəkil bundan başqa məhkəmənin diqqətinə çatdırıb ki, A.Məmmədov 5 il 6 ay şərti cəza alıb və xususi ittiham qaydasında verdiyi şikayət onun məsuliyyətinin daha ağır olmasına səbəb olmalıdır.

A.Məmmədov isə məhkəməyə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olmasını sübut edən səndləri, o cümlədən onun bir müddət əvvəl lombarda borcu olan Qarabağ qazisi Bəhlul Həsənovu tutdurmasını təsdiqləyən məhkəmə hökmünü təqdim edib.

Müşavirəyə gedən məhkəmə az sonra qərarını elan edib. Hakim M.Məmmədov xüsusi ittiham qaydasında M.Qurbanovanın verdiyi şikayətin rədd edildiyini elan edib.yenisabah

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar