Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - ŞƏKİL - VİDEO

Tarix: 24-10-2019 10:01     Baxış: 4393 A- / A+
Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - ŞƏKİL - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.

Manevr.az xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib. Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərinitəhlükəli vəziyyətə salıb.

Onun bu əməli təhlükəsizşəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb. Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib.Sürücü törətdiyi əməli etiraf edib.Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.

Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.apa

Manevr.az


Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - ŞƏKİL - VİDEO
Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - ŞƏKİL - VİDEO
Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - ŞƏKİL - VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar