Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mətbuat Şurası jurnalistlərə müraciət etdi

Tarix: 19-10-2019 23:02     Baxış: 3165 A- / A+
Mətbuat Şurası jurnalistlərə müraciət etdi

Azərbaycan Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət Milli Şuranın oktyabrın 19-da metronun “28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Manevr.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri ərazidə olublar.

Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvlərinin 050-206-96-02 və 055-288-95-53 mobil telefon nömrələrinə də zəng edərək vəziyyəti bildirmək imkanı əldə ediblər: "Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağllı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində “Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində “Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaq.

Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə, diqqətli davranışa çağırır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar